<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>19</hymn_number>
<lyrics>[V1]
 Bu dünyanı sevdiyin üçün, Yer üzünə gəldiyin üçün,
 Böyük işlər gördüyün üçün Sənə alqış olsun, İsa!
 Göylərin Şahı, Padşahımız İsa!
 Doğru yol göstərən çırağımız İsa!

[C1]
   Sənə şükürlər olsun, Xilaskarımız İsa!
   Əbədi izzət olsun, nicatımız İsa!

[V2]
 Sən bizim Ağamızsan, Sən səcdəgahımızsan,
 Sən bizim həm bu günümüz, həm də əbədi həyatımızsan.
 Allahın Oğlu, Müqəddəs Quzu İsa!
 Bizi Öz Qanıyla azad edən İsa!

[V3]
 Bizə övladım dediyinçün, Müqəddəs Ruh verdiyin üçün,
 Padşahlığında yer verdiyinçün Sənə minnətdarıq, İsa!
 Hamıdan Uca bir varlıqsan, İsa!
 İzzətə, şərəfə Sən layiqsən, İsa!</lyrics>
<title>Bu dünyanı sevdiyin üçün İL19</title>
</song>